17 
Okt
2018
12:22
42
80
6685
Virtual karabakh

Azərbaycanın “Avroviziya” mahnısı - VİDEO

17 Okt, 2018
12:22
6685

Azərbaycanın “Avroviziya” mahnısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində Azərbaycanın iştirakına dair təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək və iyirmi ölkənin çıxış edəcəyi yarışda Fidan Hüseynovanın “Sənin kimi olmaq” (I wanna be like you) mahnısı ilə təmsil olunacaq.

İctimai Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva bildirib ki, mahnı Azərbaycan dilində səsləndiriləcək. Çünki Uşaq Avroviziyası qaydalarına görə, əsas sözlər yerli dildə olmalıdır. Yalnız nəqərat hissələrində ingilis dilindən istifadə ediləcək.

Qeyd edək ki, mahnıda Fidan Hüseynova öz arzularından və xəyali qəhrəmanlarından söz açır. Təmsilçimiz ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır.

Mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikovdur. Musiqinin sözləri Azərbaycan dilində Aytən İsmixanovaya, ingilis dilində Elvira Miçiyevaya məxsusdur.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri