Okt
2019
11:35
26
155
2979
Virtual karabakh

Rihanna kitabını 110 min dollara satışa çıxardı - FOTO

9 Okt, 2019
11:35
2979

Rihanna kitabını 110 min dollara satışa çıxardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli müğənni beş il üzərində işlədiyi ilk kitabının nəşrinə hazırlaşır.

Fanatlar Rihannanın yeni albomunun çıxmasını gözlədikləri vaxtda, müğənni kitab buraxmağa hazırlaşır. “Rihanna” adlı kitab oktyabrın 10-da satışa çıxacaq.

504 səhifədən ibarət kitabda müğənninin 1050 ədəd fotosu yerləşdirilib.

“Kitabın yaradılmasında iştirak edən istedadlı fotoqraflara və sənətkarlara çox minnətdaram. Artıq beş ildən çoxdur ki, işləyirik və nəticəni sizinlə bölüşməkdən məmnunam”, - deyərək pop ulduz fikirlərini bölüşüb.

Rihannanın kitabının bir nüsxəsi 120 funt sterlinqədir. Sadəcə 10 nüsxəsi çap olunan kitabın “Rihanna Ultra Luxury Supreme” versiyasını Formula 1-də Bakıda konsert proqramı ilə çıxış edən müğənni Kardi Bi 110 min dollara satın alıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri