Tanınmış aktyor Taleh Yüzbəyov hər kəs tərəfindən maraqla izlənilən və bir o qədər də tənqid olunan “Zəhər tuluğu” ilə bağlı məlumat paylaşıb.
Oxu.Az xəbər verir ki, Taleh sosial media hesabında video paylaşaraq “Zəhər tuluğu”nu bu dəfə daha geniş formatda təqdim edəcəyini bildirib:
“Son vaxtlar “Zəhər tuluğu”nun davamının olması ilə bağlı mənə suallar ünvanlanır. Demek istəyirəm ki, internetdə davamı olmayacaq, film kimi olacaq (gülür). Artıq bununla bağlı hazırlıq işlərinə start vermişik. Gələn ildən etibarən ölkəmizin kinoteatrlarında izləmək şansı əldə edəcəksiniz. Ona qədər isə boş oturmayacağam. Daha bir yenilik internetdə yayımlanacaq serial ilə bağlıdır. Serialın adı “Orta statistik Rasim”dir. Ssenari artıq bitib. Serialın ilk bölümünün çəkilişlərinə bu yaxın günlərdə başlayacağıq”.
Qeyd edək ki, aktyor Taleh Yüzbəyovun ərsəyə gətirdiyi bir çox layihələr “YÜZ production”a məxsusdur. İzləyicilərin marağına səbəb olan “Zəhər tuluğu”nun motivləri real həyatda tez-tez rast gəlinən hadisələrlə səsləşir.
Rəşad Əliyev
Rəylər