Moskvada yaşayan azərbaycanlı rejissor Anar Abbasov “Döyüş” filminə görə “Arctic open” beynəlxalq festivalının “Uşaq filmləri kateqoriyasında ən yaxşı film” mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, Anarın istedadlı bir rəqqasənin karlıq üzərində qələbəsindən bəhs edən ekran işi festivalda uğur qazanaraq, birinci yerə çıxıb.
Film festivalı Arxangelskdə bir çox tanınmış rejissorların iştirakı ilə keçirilib. Anar Abbasov əldə etdiyi uğurun xəbərini şəxsi “Facebook” hesabında paylaşıb.
Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu - VİDEO
Rəylər