19 
Yan
2020
00:02
180
365
22783
Virtual karabakh

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

19 Yan, 2020
00:02
22783

Azərbaycanlı bloqer sərvətini nümayiş etdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayıb, orada videobloqerlik fəaliyyəti ilə məşhurlaşan, iş adamı və xeyriyyəçi, əslən Azərbaycanlı Hüseyn Həsənov yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.  

Oxu.Az xəbər verir ki, bir çox məşhurlar qazanclarını gizlətdiyi bir vaxtda Hüseyn var-dövlətini telefonun kamerasına çəkərək “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb.  

Bloqer dəstə-dəstə yüzlük avro, dollar və rubl əskinasları iş masasının üstünə səpərək “Səmimi qəlbdən arzu edirəm ki, hər biriniz səhər yuxudan oyananda bunları görün” sözlərini deyib.  

Məşhur daha sonra pullarını qucaqlayaraq, başını onların üstünə qoyub və “Bu pulları paylamağa başlayaq?”, - sualı ilə izləyicilərinə səslənib.  

Hüseyn tərəfindən keçirilən bu soğruya 89% izləyici “Hə” cavabını verib.  

Qeyd edək ki, sosial şəbəkədə böyük auditoriyaya sahib olan Hüseyn Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var.  

Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir. Bloqerin “İnstagram” hesabında hazırda 12,5 milyon izləyicisi var.  

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri