Sen
2020
11:36
82
136
4224
Virtual karabakh

Murad Arif: “Arzularımızı dollarlara qurban etdik” - VİDEO

2 Sen, 2020
11:36
4224

Murad Arif: “Arzularımızı dollarlara qurban etdik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəstəkar-müğənni, həm də aparıcı kimi tanınan Murad Arif Elşad Xose ilə yeni dueti olan “Get iş tap işlə” adlı mahnıya klipini təqdim edib.

Sənətçi klipini başa düşməyənləri sərt şəkildə tənqid edib:

“Bizi kostyumlu dayılar kimi görmək istəyənlər yetişdirdi. Müdir olmağa aparan yolda gəncliyimizi, rəngarəng kimliyimizi, arzularımızı və azadlığımızı dəfn etdik. Biz içimizdə romantik olaraq, kağızların içində boğulan ofis qurduna çevrildik. Arzularımızı dollarlara qurban etdik. Biz özümüz də söz verib, sözünü tutmayan əmilərə döndük. İşçilərimizin üstünə qışqırırıq, onları da özümüz kimi solğun, ütülü, rəngsiz kostyumlu etmək istəyirik.

Şəhərlərdəki, institutlardakı, ofislərdəki gəncliyə baxın! Onları biz yetişdiririk. Bir çoxumuz həyatda əsas məqsədin pul qazanmaq olduğuna inanırıq. Çünki özümüz sərbəst yaşamağa cəsarətli olmadıq. “İşlə, işlə, işlə, pul qazan” deyərək… Su kimi axıb gedir zaman. Fərqindəyik.

“Özümüz dəyişmədik, dəyişdirə bilmədik heç nəyi. Gənclərdə də alınmasın!” deyirik. “Arzularını düşün. Xoşbəxt olduğun peşəni seç, istədiyini et” deyə bilmirik. Və son nəfəsimizdə belə ağlımızda bir söz var: “Get iş tap, işlə!”

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri