20 
Fev
2024
03:00
41
31
2889
Virtual karabakh

BAFTA mükafatlarının təqdimetmə mərasimindən ən parlaq obrazlar - FOTO

20 Fev, 2024
03:00
2889

BAFTA mükafatlarının təqdimetmə mərasimindən ən parlaq obrazlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada BAFTA mükafatlarının təqdimetmə mərasimi keçirilib. Londondakı Kral Festival Sarayında keçirilən tədbir üçün bütün Hollivud dünyası toplaşıb.

Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) bu il ilk mükafat şousu olmadığı üçün onun nəticələri heç kimi təəccübləndirməyib.

Bu il üçün mütləq qalib Kristofer Nolanın “Oppenheymer”i olub. Film “ən yaxşı rejissor” daxil olmaqla ümumilikdə yeddi mükafat alıb.

“Ən yaxşı aktrisa” nominasiyasında mükafat yenə Yorgos Lantimosun “Poor Things” filmindəki roluna görə Emma Stouna verilib.

Kann Film Festivalının qalibi Jüstin Triyenin “Anatomie d'une chute” filmi ən yaxşı orijinal ssenariyə görə mükafata layiq görülüb.

Başqa bir Kann filmi “The Zone of Interest” “ən yaxşı Britaniya filmi” mükafatına layiq görülüb.

“Ən yaxşı cizgi filmi” nominasiyasında isə mükafatı Hayao Miyazakinin “The Boy and the Heron”u alıb.

Ənənəvi olaraq “qırmızı xalı”ni izləmək nəticələrin elanından heç də maraqsız olmayıb. BAFTA mükafatlarının təqdimetmə mərasimindən ən yaddaqalan obrazları təqdim edirik:

Mənbə: Thesymbol.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri