Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişikliyi təsdiqlənməsi haqqında fərman verib.
AZƏRTAC xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
Eyni zamanda dəyişikliklə “3.037.618.152,0” rəqəmləri “3.187.618.152,0” rəqəmləri ilə əvəz edilib.
“1.383.753.312,0” rəqəmləri “1.533.753.312,0” rəqəmləri ilə əvəzlənib.
“2.620.387.016,0” rəqəmləri “2.470.387.016,0” rəqəmləri ilə əvəz olunub.
“2.577.355.340,0” rəqəmləri “2.427.355.340,0” rəqəmləri ilə əvəz edilib.
“1.502.732.410,0” rəqəmləri “1.352.732.410,0” rəqəmləri ilə əvəz edilib.
“27 155 796,1” rəqəmləri “27 370 796,1” rəqəmləri ilə əvəz edilib.