Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb: Açarlar təqdim olunub
Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər.
Artıq doğma kəndinə köçən ailələrin sayı 90-a (306 nəfər) çatdırılıb.

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Həsənrizə köçün dördüncü mərhələsində kəndə 20 ailə (68 nəfər) köçürülüb.
Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 90 ailə (306 nəfər) köçürülüb.
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.
Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.
Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb: Açarlar təqdim edilib
- Xocalının azyaşlı sakini: "Burada xoşbəxt yaşayacağımıza inanıram"
- Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti köç olacaq
- Ağdam rayonunun Kəngərli kəndinə köçən 50 ailəyə mənzillərinin açarları təqdim edildi
- Kəngərli sakini: "Bu günü həsrətlə gözləyirdik"