Türkiyənin məşhur turizm bölgələrindən biri olan Muğlanın Datça rayonunda sahilə yaxın iki köpəkbalığı görüntülənib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, köpəkbalıqları vətəndaşları həm təəccübləndirib, həm də narahatlıq yaradıb. Datça Sevgi Yolunun aşağı hissəsindəki taxta estakada yaxınlığında suyun səthinə çıxan köpəkbalıqlarının ov tapmaq üçün açıq dənizdən sahilə doğru gəldikləri təxmin edilir.
Maraqlı görüntü ətrafdakı sakinlər tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.
Videoda iki köpəkbalığının bir müddət sonra gözdən itdiyi əks olunub.