Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Avropa Siyasi Birliyi"nin sammitinə ev sahibliyi edəcəyi üçün Azərbaycanı təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində paylaşım edib:
"2028-ci ildə "Avropa Siyasi Birliyi" sammitinə ev sahibliyi edəcək Azərbaycanı təbrik edirik!", - deyə o qeyd edib.
🇪🇺🤝🇦🇿Congratulations to Azerbaijan, the host of the #EPC Summit in 2028! https://t.co/advIsDAmiv
— Peter Michalko (@MichalkoPeter) May 23, 2025