Azərbaycanda Ali Məhkəməyə yeni hakimlər təyin edilib.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Yekunda qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.