Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu ölkədə səfərdə olan azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşüb.
Oxu.Az “Qruizya Onlayn”a istinadən xəbər verir ki, administrasiyanın məlumatına görə, baş nazirlər Gürcüstan-Azərbaycan münasibətlərinin gündəmində olan məsələləri nəzərdən keçiriblər və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
“İlk növbədə, hamını iki ölkə üçün strateji əməkdaşlığın əsası olan Bakı-Supsa enerji dəhlizin 20 illik yubileyi münasibəti ilə təbrik etmək istəyirəm”, - Georgi Kvirikaşvili azərbaycanlı həmkarı ilə görüşə bu sözlərlə başlayıb.
Görüş zamanı iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığında müşahidə edilən intensiv inkişaf barədə söhbət danışılıb, əsasən də iqtisadi-ticarət, energetika və nəqliyyat sahəsində artan potensial qeyd edilib.
Tərəflər Gürcüstan və Azərbaycan tərəfindən birgə həyata keçirilən layihələr nəzərdən keçirilib.
Beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi nöqteyi-nəzərdən iki ölkənin rolu da qeyd edilib.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstannın baş nazirinin müavini Kaxaber Kaladze, baş nazirin müavini, energetika və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili, Azərbaycanı energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidneti Rövnəq Abdullayev iştirak ediblər.



13.44
Gürcüstanda səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Giorgi Margvelaşvili ilə görüşüb.
Oxu.Az xəbər verir ki, geniş formatda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.
Qərb-Şərq enerji dəhlizindən danışan Margvelaşvili və Rasizadə qeyd ediblər ki, 20 il əvvəl Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa kəmərinin çəkilişi hər iki ölkənin inkişafına xidmət edib.
Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Gürcüstan tərəfdən bu ölkənin Milli Təhlükəsizlik Katibi İrina İmerlişvili, iqtisadi məsələlər üzrə müşavir Maya Melikidze, gürcü prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze iştirak ediblər.
11:51
Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstana səfərə gedib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Artur Rasizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.
Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.
Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.
Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.