Almaniyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Frank-Valter Ştaynmayer Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Almaniya sədrliyinin “Twitter” səhifəsində məlumat yayılıb.
Məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.
Görüşdə, həmçinin ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik də iştirak edib.