ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Azərbaycana gəlir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, R.Krivokapiç iyunun 27-də Bakıya gələcək.
Səfərdə məqsəd ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak etməkdir. Səfər zamanı R.Krivokapiç Azərbaycanda bir sıra rəsmi görüşlər də keçirəcək.