Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakinlərindən biri su təchizatı problemi ilə bağlı Facebook səhifəmizə yazaraq şikayət etmişdi. Oxucunun qeyd etdiyinə görə, Binədə sakinlərin evlərinə verilən suyun tərkibində xeyli qum olur və bir müddət sonra bu qum qabların dibində yığılır.
Artıq məsələ ilə bağlı “Azərsu” ASC-dən cavab daxil olub.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, Binə qəsəbəsinin özünü təqdim etməyən sakininin su xəttindən qum axır şikayətinin heç bir əsası yoxdur və bu, anonim müraciətdir:
“Həmin şəxsdən xahiş edirik ki, əlaqə nömrələrini təqdim etsin və məsələ onun iştirakı ilə yerində araşdırılsın. Bu gün Binə qəsəbəsinə Ceyranbatan sutəmizləyici qurğular kompleksindən standartlara uyğun təmizlənmiş su verilir”.