"Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram".
Oxu.Az xəbər verir ki, bu sözləri Ukrayna səfiri Yuri Qusev öz "Facebook" hesabında yazıb.
Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa İttifaqına gedən yolda köməyə görə Peter Mixalkoya minnətdarlığını bildirib:
"Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram!" - deyə Yuri Qusev bildirib.