Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Avropa Şurasının mətbuat ofisindən məlumat verilib.
AŞ-nın baş katibi Tyornbörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasında sentyabrda başlayacaq.
“Zoltan Hernyes Macarıstandan olan, geniş təcrübəyə malik diplomatıdır”, - deyə AŞ-dən bildirilib.
Yeni səfirin vəzifəsinin icrasına sentyabrın 14-də başlayacağı gözlənilir.
E.Ə.
www.oxu.az