Bakıda "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçirilib.
Oxu.Az forumda 400-ə yaxın din xadimi, media nümayəndələri, müəllimlər və qonaqlar iştirak ediblər.
Forum çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularına həsr edilmiş dörd panel müzakirə aparılıb.
Azərbaycan Din Xadimlərinin II Forumunda "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az xəbər verir ki, panelə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova moderatorluq edib.
Müzakirədən öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış ediblər.
Panel müzakirəsində qadınların sosial və mənəvi inkişafında dini icmaların rolundan bəhs edilib.
Azərbaycan Din Xadimlərinin II Forumunda "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar" mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az xəbər verir ki, panelə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev moderatorluq edib.
Müzakirədən öncə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksey Smirnov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxış ediblər.
Panel müzakirəsində gənclərin maarifləndirilməsində qlobal təsirlərin rolundan bəhs edilib.
Azərbaycan Din Xadimlərinin II Forumunda "Multikultural dəyərlər sistemi: Dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri" mövzusunda panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, panel müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Özbəkistan Dini Məsələlər Komitəsinin sədrinin birinci müavini Davronbek Maksudov, Bakı şəhəri Dağ yəhudilərinin dini icmasının sədri Milix Yevdayev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elnur Əzimli iştirak ediblər.
Müzakirələr zamanı onlar multikultural dəyərlərdən, dövlət və din münasibətlərindən, müxtəlif yanaşmalardan bəhs ediblər.
Azərbaycan Din Xadimlərinin II Forumunda "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, panel müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete, Sabirabad şəhəri "Heydər" məscidinin imam müavini Yusif Bağırov iştirak ediblər.
Panel müzakirəsi zamanı rəqəmsal informasiyanın dini məsələlərə təsirindən bəhs edilib və qarşıya çıxan problemlərin həlli yollarından danışılıb.
"Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Azərbaycan Din Xadimlərinin II Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil edilən tədbir Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin konstitusion əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin və vicdan azadlığının təmin olunması, multikultural və tolerant dəyərlərin təşviqi, dini sahədə maarifçilik fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Yernur Aitkenov, Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev və başqaları çıxış edəcəklər.
Forum çərçivəsində "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri", "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları", "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar" və "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" mövzularında panel müzakirələri təşkil olunacaq.
Panel müzakirələrdə dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının alınmasında maarifləndirmənin rolu, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
Daha ətraflı: PhotoStock.Az
Aygün Mirakif