Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Pyotr Poroşenkoya təbrik məktubu göndərib.
Oxu.Az-ın verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənəni özündə bariz şəkildə əks etdirir.
İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və daha da dərinləşməsi ölkələrimizin və xalqlarımızın rifahına yeni töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.