Azərbaycanın müdafiə naziri Zakir Həsənov İstanbulda "IDEF 2025" sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, tərəflər görüşdən sonra "Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsi haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
Millî Savunma Bakanı Yaşar Güler ile Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov, IDEF 2025 Fuarı’nda bir görüşme gerçekleştirerek müteakiben “Karşılıklı Askerî Güvenliğin Güçlendirilmesine İlişkin Mutabakat Muhtırası”nı imzaladı.@wwwmodgovaz#MillîSavunmaBakanlığı… pic.twitter.com/WPV26webGU
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 22, 2025