Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının yaradılması üçün Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, memorandum KOBİA ilə Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanıb:
"Bu mühüm addım ölkələrimiz arasında daha dərin iqtisadi əlaqələrin qurulmasına, dinamik biznes əməkdaşlığına və daha güclü tərəfdaşlığa yol açır",- o qeyd edib.