Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın Rusiyadakı səfirliyi: “Onlarla həmvətənimiz vətəni qorumaq istəyi ilə müraciət edib”
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi diaspor təşkilatlarını Dağlıq Qarabağdakı münaqişənin gərginləşməsi ilə əlaqədar mövcud vəziyyəti anlayışla qarşılamağa, həmçinin Rusiya qanunları və normaları çərçivəsində hərəkət etməyə çağırıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumatda o da bildirilir ki, təkcə bir gün ərzində səfirliyə Vətənlərini qorumaq istəyini bildirən soydaşlarımızdan 50-dən çox müraciət daxil olub.
Diplomatik nümayəndəlik həmvətənlərinə göstərdikləri vətənpərvərliklərinə görə dərin minnətdarlıqlarını bildirib və Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etmək üçün istənilən vəzifəni müstəqil şəkildə həll etməyə qadir olduğunu vurğulayıb.
Səfirlik həmçinin vəziyyətin indiki gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyini günahlandırıb.
Diplomatik qurum şəhid olmuş Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş Ruslan Həmidov dəfn edildi
- Pakistan səfiri Azərbaycana başsağlığı verib
- Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
- Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək