Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda Qvineya-Bisau prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau prezidentinə raport verib.
Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Əməkdaşlıq üçün yeni istiqamət: Azərbaycan-Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək
- Prezident Umaru Sisoku Embalo: "Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir"
- Prezident İlham Əliyev: "Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır"
- İlham Əliyev və Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər
- İlham Əliyevin Qvineya-Bisau prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub