“BMT gənclərin inkişafı siyasətində Azərbaycana dəstək verməyə hazırdır”.
Oxu.Az xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai “ADA” Universitetində keçirilmiş və BMT-nin yaranmasının 71 illiyinə həsr olunmuş “Azərbaycanda davamlı inkişafa nail olunmasında gənclərin rolu” mövzusunda panel müzakirələri zamanı deyib.
Onu sözlərinə görə, bu dəstək Azərbaycan və BMT arasında əməkdaşlıq üzrə yeni çərçivə sazişində öz əksini tapacaq.
“Azərbaycanda Davamlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının yaradılmasının BMT üçün çox əhəmiyyətli rolu var. Biz bunu Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinə sadiqliyi kimi qiymətləndiririk”, - deyə Q.İsakzai billdirib.
N.O.