Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında paylaşım edib.
"Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub.
FM @Bayramov_Jeyhun attended the Transatlantic Dinner hosted by U.S. Secretary of State @SecRubio on the sidelines of #UNGA80.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 25, 2025
Azerbaijan’s participation at this important event reflects its commitment and recognition as a reliable partner in fostering cooperation, strengthening… pic.twitter.com/HkzXe8Irdt