Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yanlış addımdır"
"Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənar qalması hesab edirik ki, yanlış addımdır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, Azərbaycan iqlim mövzusunda Fransa ilə arasında olan gərgin münasibətləri, fikir ayrılıqlarını bəhanə gətirməyib:
"COP-dan öncə də tədbirlərimiz olub. Qeyri-rəsmi toplanışlar olub, onların hər birində Fransa nümayəndələri dəvət olunub, iştirak ediblər. Komandamız da konstruktiv olaraq onlarla işləyib, danışıqlar aparıblar. Lakin hansısa qərar qəbul edib-etməmək onların öz seçimidir".

Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunub
- Azərbaycan və İran rəsmiləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
- İran prezidentinin müşaviri Azərbaycanda səfərdədir
- Ceyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"