Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək mövcud çağırışlara qarşı birgə və əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Səfər çərçivəsində nazirin bir sıra ölkələrin XİN rəhbərlərinin iştirakı ilə keçirilən regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasda iştirakı, eləcə də bir neçə ikitərəfli görüş keçirməsi planlaşdırılıb.