ABŞ prezidentinin müavini Co Bayden Türkiyəyə səfər edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk olaraq C.Bayden Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək, daha sonra baş nazir Binəli Yıldırımla görüşəcək.
O, prezident sarayında Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Prezident iqamətgahında Türkiyə lideri amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı keçiriləcək bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.
Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcək.
Qeyd edək ki, avqustun 24-də axşam saatlarında Co Baydennin səfəri başa çatacaq.
E.Ə.
www.oxu.az