Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə ölkə prezidenti İlham Əliyevin bu gün keçirdiyi müşavirədə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini yüksək qiymətləndirib.
Oxu.Az-ın xəbərinə görə, millət vəkili bu addımı dövlətimizin öz tariximizi sahiblənməsi kimi dəyərləndirib.
“Cənab prezidentin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətimizin öz tarixinə olan bağlılığının və ona daima sahib olmasının göstəricisidir”, – deyə millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az