Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş Əlikram Hümbətov Yerevanda səfərdədir. Əlikram Hümbətov Yerevan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib.
Kafedra müdiri Qarnik Asatryan qonağı Talış-Muğan Respublikasının prezidenti kimi təqdim etdi.
Oxu.Az BBC-ə istinadən xəbər verir ki, divara naməlum bayraq vurulub, talış dilində oxunan himn çalınarkən hamı ayağa qalxıb və Əlikram Hümbətovu əl çalaraq qarşılayıb.
Daha sonra Qarnik Asatryan səslənən musiqinin “Lənkəran himni” olduğunu deyib.
Hümbətov BBC Azərbaycanın müxbirinin azərbaycanca sual vermək cəhdini rədd edib.
İrəvan Dövlət Universiteti İranşünaslıq Kafedrasında professor Qarnik Asatryanın rəhbərliyi altında “Talış xalqının tarixi və mədəniyyəti müqəddiməsi” kitabı, rus dilində “Talış xalq nağılları” çap olunub, talış əlifbası dərsliyi tərtib olunub və İslam Təhqiqatlar Mərkəzi və İmam Əli Tehran Humanitar Təhqiqatlar Mərkəzi ilə birlikdə Müqəddəs Qurandan seçilmiş ayələr talış dilinə tərcümə olunmaqdadır, BBC Azərbaycanın müxbiri xəbər verir.
Əlikram Hümbətov talış xalqının irsinə diqqətə görə təşəkkürünü bildirib.
www.oxu.az