Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əliyev: "Transxəzər dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir"
"Təbii ki, bizim müzakirə etdiyimiz (Tacikistan Prezidenti ilə - red.) mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib.
"Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır", - deyə dövlətimizin başçısı vurğulayıb.
"Emoməli Rəhmonun Azərbaycan səfəri" teqi üzrə xəbərlər
- Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb
- Emoməli Rəhmon: "Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq"
- Rəhmon: "Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq"
- Prezident: "İmzalanan sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir"
- Prezident: "Azərbaycanla Tacikistanın dövlətlərarası münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb"