Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Hansı rayonlarda qanuni heyvan kəsimi məntəqələri mövcud deyil?](https://images.oxu.az/2024/05/23/P8voLZzaqTvsCfOlW5mS8fbB9M5UulDQ615LOAZ5:1200.jpg)
Hansı rayonlarda qanuni heyvan kəsimi məntəqələri mövcud deyil?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinə cavab verən heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonların adlarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 83-ə çatdırılıb. Bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 olub.
Qeyd olunub ki, ölkə ərazisi üzrə hələ də 14 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir.
Qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonlar aşağıdakılardır:
1. Ağsu
2. Astara
3. Balakən
4. Beyləqan
5. Biləsuvar
6. Hacıqabul
7. Kürdəmir
8. Lerik
9. Neftçala
10. Qax
11. Saatlı
12. Ucar
13. Xızı
14. Yardımlı
Rəylər