Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Elmar Məmmədyarov islam ölkələrinə təşəkkür etdi
Azərbaycan hər zaman dini ayrı-seçkilik və nifrətə, təhrikə qarşı ciddi mübarizə aparmağa çağırış edib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Qvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında çıxışında deyib.
O bildirib ki, bu gün islamofobiya tendensiyalarının qarşısını almaq üçün İƏT çərçivəsində səylərin gücləndirilməsi çox vacibdir:
“Müsəlmanlara qarşı islamofobiya qəbuledilməzdir, bu, müsəlman ölkələri arasında dialoq və həmrəyliyin gücləndirilməsini zəruri edir”.
E.Məmmədyarov deyib ki, Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmaq, sülh, sabitliyə nail olmaq üçün mübarizədə qardaş Fələstin xalqına tam dəstəyini ifadə edir. Nazir Fələstinə dəstək məqsədilə cari ilin iyun ayında Bakıda İƏT nazirləri səviyyəsində keçirilən konfransa diqqət çəkib.
“Bu konfrans zamanı ölkəmiz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün, Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) nümayəndə heyəti zəruri sosial layihələrin reallaşdırılması məqsədilə hazırda Fələstin hökuməti və BMT agentlikləri ilə görüşlər keçirir”.
XİN rəhbəri həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və həmin ərazilərdə etnik təmizləmənin həyata keçirilməsini xatırladaraq, İƏT-ə bu məsələdə ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
“Biz İƏT dövlətlərinə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmalarına dair mövqelərinə görə minnətdarlığımızı bildiririk, hansı ki, bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq qurumların sənədləri də tələb edir”.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Trampın husilərə qarşı əməliyyatı - Yaxın Şərqdə ABŞ-İran savaşının mümkün sonu
- ABŞ alimləri Trampa görə Avropaya köçürlər
- "Haber Global": "Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır"
- Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri yayıldı
- Məzhəkə mərkəzinə çevrilən Avropa Parlamenti - deputatlar ABŞ-dən Azadlıq heykəlini geri istəyirlər