İTV-də yayımlanan “TVR klub” verilişinin aparıcısı Günel Hümbətova klipə çəkilib.
Oxu.Az xəbər verir ki, aparıcı, müğənni Samir Piriyevin klipində rol alıb.
Gözəl və cazibədar teleaparıcı ATV kanalında keçirilən “Yeni Ulduz” müsabiqəsinin iştirakçılarından biri olub.
Daha sonralar 106 FM radiosunda dj kimi fəaliyyət göstərib. ATV kanalında yayımlanan “Bizim səhər” verilişi ilə ilk efirinə start verib. Bir zamanlar Space kanalında “Plyus-minus” verilişinin aparıcısı olub.
Hazırda isə İTV-də yayımlanan “TVR klub” verilişinin aparıcısı kimi işinə davam edir.
Qeyd edək ki, “Xalq ulduzu” müsabiqəsindən yaxşı tanıdığınız Mehin Hümbətova gənc aparıcının bacısıdır.
İndi isə çəkiliş məkanından cazibədar teleaparıcının yeni şəkillərini sizə təqdim edirik.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az