Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə əlaqədar Azərbaycanda səfərdə olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə çəkilən fotosunu “Twitter”də paylaşaraq səmimi qonaqpərvərliyə görə İ. Əliyevə təşəkkür edib.
Türkiyə KİV-i prezidentlərin bu görüşünü “Ceketsiz diplomasi” (“Pencəksiz diplomatiya”) kimi təqdim edib.
:640.jpg)
Qeyd edək ki, tərəflərin görüşündə iki ölkənin iştirakçısı olduğu qlobal layihələrin perspektivi, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmələndirilməsi, siyasi və strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.
S.B.
www.oxu.az