Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Parlamentində erməni lobbiçiliyi: Korrupsiya sxemlərinin ifşası
CBC telekanalı "Avropa Parlamentində erməni lobbisi: Korrupsiya sxemlərinin ifşası" adlı yeni film nümayiş etdirib.
Filmin müəllifi telejurnalist Anastasiya Lavrina bu dəfə Avropa siyasətinin tam mərkəzində erməni lobbiçilərinin fəaliyyətini ifşa etməkdə davam edir.
Filmdə səyləri ilə ermənipərəst və anti-Azərbaycançı qətnamələr qəbul edilən siyasi xadimlərin adları çəkilir, uzun illər qanunsuz separatçı rejimin himayədarı olmuş "qanlı almaz" taciri Kaspar Karampetyanın iş sxemləri açıqlanır.
"Çəkiliş qrupu ilə birlikdə Brüsseldə olduq, burada öz araşdırmamızı apardıq. Avropa Parlamentində lobbiçiliyin özü cinayət deyil, tamamilə qanunidir. Lakin bir sıra ölkələrdə, xüsusən də Fransa və Belçikada erməni lobbiçiləri həddi aşaraq Bakı ilə İrəvan arasında danışıqlar prosesini pozmağa yönəlmiş fəaliyyətlər həyata keçirirlər", - deyə A.Lavrina qeyd edir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün sülh gündəmini irəli sürdüyü halda, bəzi avropalı siyasətçilər üçün lobbiçilik maliyyə faydaları əldə etmək və nüfuzlu himayədarların dəstəyini qazanmaq imkanı olaraq qalır.
Daha ətraflı videoda: