Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber oktyabrın 25-də Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Nümayəndəliyinin Siyasi, İqtisadi və Mətbuat Şöbəsinin rəhbəri Denis Daniilidis məlumat verib.
D.Daiilidisin sözlərinə əsasən, xüsusi nümayəndənin Azərbaycana səfəri 3 gün sürəcək.
H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüş keçirəcək və Azərbaycanla Aİ arasında əlaqələrin inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.
N.O.