Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hindistan-Pakistan gərginliyi: Ceyhun Bayramov Məhəmməd İshaq Darla telefonla danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında aprelin 26-da telefon danışığı baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı Azərbaycan və Pakistan liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə sonuncu yüksəksəviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Telefon danışığı zamanı M.İ.Dar Pakistanla Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib.

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
- Ceyhun Bayramov: "Diplomatiyanın əsas məqsədlərindən biri də vasitəçilikdir"
- Ceyhun Bayramov: "2020-ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub"