Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İcmadan Fransaya tələb: "Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoyulsun!"
"Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol verib. Bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycan ilə bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və "dağlıq qarabağ muxtar vilayəti", "ətraf rayonlar" kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərib".
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda həmçinin qeyd olunub:
"BMT Nizamnaməsi ilə üzərinə düşən de-kolonizasiya öhdəliklərini yerinə yetirməyən, neo-kolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir".
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura - Türk tarixinin izi
- Xronika: "Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır"
- Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
- Xronika: "Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər"
- Xronika: Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır?