Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcmanın BMT-nin Baş katibinə ünvanladığı məktub rəsmi sənəd kimi yayılıb
Qərbi Azərbaycan İcmasının BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə icma bəyanat yayıb.
"İcma Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.
Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Sözügedən məktubumuzun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir", - bəyanatda deyilir.
Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: "Sinayda tapılan alban dilində 315 səhifəlik "Palimpsest" erməni yalanlarını ifşa etdi"
- Qərbi Azərbaycan Xronikası: Allahverdi, Allahverdibəy, Almalı - Türk tarixinin izi
- "Human Rights Watch" təşkilatı Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik edir
- Qərbi Azərbaycan Xronikası: "Difai" çar Rusiyasında böyük təşviş yaratmışdı"
- Xronika: "Bayden administrasiyası "topal ördək" rolunda ermənilərə sonuncu yaxşılığını etdi"