Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlahə Hüseynova: “BQXK Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır” - VİDEO
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Ermənistanda saxlanılan iki azərbaycanlının vəziyyəti ilə maraqlanır.
“Report”un Qərb bürosunun məlumatına görə, bunu komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dekabrın 6-da Naftalan şəhərində media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, hazırda BQXK əməkdaşları Ermənistanda iki nəfərə baş çəkir, onların vəziyyəti ilə maraqlanır, ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradırlar.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ədalət necə bərpa olundu? - 20 Yanvar hadisələrinin "Qarabağ" kulminasiyası
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq