Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“İlham Əliyev Afrikaya rifah, Makron isə müharibə ixrac edir” - ŞƏRH + FOTO
“Prezident İlham Əliyevin beyin məhsulu olan “ASAN Xidmət” modelinin bir sıra Avropa və Asiya ölkələri ilə yanaşı, Afrikada qurulması üçün konseptual dəstək göstərilir. Bir neçə gün öncə Uqandada “ASAN Xidmət” modeli əsasında ilk xidmət mərkəzinin açılışı oldu. Tanzaniya və Efiopiyanın müraciəti əsasında həmin ölkələrə səfər edilib, “ASAN Xidmət” modelinin bu ölkələrdə də qurulması üçün məhsuldar müzakirələr aparılıb. Nəzərə alsaq ki, “ASAN Xidmət” ictimai idarəçilik və sivil həyat tərzinin ən yüksək mərhələsidir, Prezident İlham Əliyev “ASAN Xidmət” konsepsiyası ilə yanaşı, həm də “ASAN”a məxsus müasir idarəetmə vərdişlərini, bilikləri və innovasiyaları ixrac edir. O, regionun stabil inkişafı üçün bütün təşəbbüsləri dəstəkləyir”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev təkcə “ASAN Xidmət” modeli ilə deyil, həm də Qoşulmama Hərəkatına sədrlik edən qlobal lider kimi müstəmləkəçilik və irqi ayrı-seçkiliyə məruz qalan ölkələrə ən ali beynəlxalq tribunada açıq dəstək verir:
“Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə Prezident İlham Əliyev Fransanın müstəmləkə və irqi ayrı-seçkilik siyasətini sərt tənqid etdi. O, Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırdı. Daha sonra məhz bu görüşdə Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olundu.
Fransa kimi ölkələr öz əhali sayından dəfələrlə artıq COVID peyvəndləri yığanda, vaksin millətçiliyi edəndə, Azərbaycan 80-dən çox ölkəyə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib, Afrika ölkələri daxil olmaqla, beş ölkəni peyvəndlə təmin edib.
Prezident İlham Əliyev, xüsusilə, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.
Digər tərəfdən isə Fransa prezidenti Emmanuel Makron tarixdə təkcə daxildə həyata keçirdiyi uğursuz siyasəti ilə deyil, həm də xarici siyasətdə neokolonializmi ilə yadda qalır. Nigerdə baş verən hadisələr Fransanın Afrika qitəsində həyata keçirdiyi müstəmləkəçiliyin, daha dəqiq desək köləliyin və acgöz istismarın nəticələridir.
Bu gün Nigerdə çevriliş edən qüvvələr Fransadan istismara son qoymağı və hərbi qoşunlarını ölkədən çıxarmağı tələb edir. Buna cavab olaraq, Makron bildirib ki, Nigerdəki maraqlarına qarşı hər hansı hücuma dözməyəcək, Parisin “dərhal və qətiyyətlə” cavab verəcəyini bildirib. Bundan sonra, minlərlə insan etiraza çıxıb, “Fransanın Nigerdəki səfirliyi” yazılmış lövhəni cırıb, yerinə Niger bayrağını taxıblar.
Bunun ardınca çərşənbə günü Fransa Nigerin hava məkanını pozub, hərbi düşərgəyə hücum edib və ölkədə sabitliyi pozmaq üçün daha geniş planın bir hissəsi kimi “terrorçuları” azad edib”.
Deputat K.Cəfərov Makronun orta əsr təfəkkürünə uyğun formada Nigerdə qorumağa çalışdığı maraqlarından da bəhs edib. Deputat ilk olaraq, xatırladıb ki, Niger nüvə enerjisi üçün ən çox istifadə olunan uran istehsalına görə, dünyanın yeddinci ən böyük istehsalçısıdır:
“Niger gündə 20 min barel neft də hasil edir. Məhz Fransanın vəhşi istismarına görə 25 milyonluq xalq səfalət içində yaşayır. Makronun isterikaya düşməsinin səbəbi də məhz həmin uran yataqlarının itirilməsi təhlükəsidir.
Son günlərdə baş verən hadisələrdə isə bir kontrast çox aydın görünür. Makron Nigeri işğal etmək, istismara davam etmək, xalqını və irsini məhv etmək istəyir, Prezident İlham Əliyev isə Afrikaya mənəvi güc verir, “ASAN Xidmət” modeli ixrac edir, bir sözlə regionun rifahı üçün təşəbbüs göstərir və bütün səyləri dəstəkləyir.
Bütün bunların fonunda isə erməni mediasında təzə bir xəbər çıxır. 15 gündür “humanitar yük” adı ilə “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısındakı ərazidə gözləyən yük maşınlarına biri də qoşulub. Fransanın bir sıra şəhər və rayonları tərəfindən 20 tondan çox ərzaq və makaron daşıyan TIR da həmin karvana qoşulub.
Bu isə Azərbaycana qarşı başlanan “humanitar yardım” şousunun arxasındakı gücün Fransa olmasını daha dolğun şəkildə üzə çıxarır.
Bu məsələdə bizim mövqeyimiz aydın və qətidir. Yüklər yalnız təklif etdiyimiz Ağdam-Xankəndi yolu vasitəsi ilə daşına bilər.
Digər tərəfdən, nə Fransa, nə də Makron Azərbaycanı başqa ölkələrlə səhv salmasın. Azərbaycan xalqı çox yaxşı bilir ki, Fransanın çıxardığı qərarlar saxta, beynəlxalq təşkilatlarda lobbiçiliklə qəbul elətdirdikləri qətnamələr kağız parçası, beynəlxalq mediada dərc etdikləri xəbərlər feykdir.
Bizi heç bir təzyiq yolumuzdan döndərə bilməz. Qarşılarında 32 il bundan əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir. Bu gün Azərbaycanın İlham Əliyev kimi müzəffər lideri və müdrik xalqı var.
Fransanın timsalında Qafqazda sülh istəməyənlər əmin olsunlar ki, bütün təxribatlara, “Laçın” sərhəd-keçid məntəqəsində göstərilən “humanitar” şouya və hələ bilmədiyimiz çətinliklərə baxmayaraq, Qafqazda real sülhə məhz Prezident İlham Əliyev nail olacaq”.
Aysel Aslan
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır