Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"
"Azərbaycan ilə Macarıstan strateji tərəfdaşlardır, müvafiq sənədlər də imzalanıb. Eyni zamanda, biz bir çox sahələrdə fəal işləyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: "Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü
- Bəzi şəxslərə 2500 manat birdəfəlik maddi yardım ödənilib - RƏSMİ
- Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
- İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub
- Səfərbərlik Xidmətinin qanunda cərimələrlə bağlı edilən dəyişikliklər barədə MÜRACİƏTİ