Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, iclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb.
Siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq.
Prezidentdən həmin şəxslərin çəkilməmiş cəzalarının əvf edilməsi xahiş olunacaq.
Həmin şəxslər arasında hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, REAL-ın rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunub.
10:44
Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilir.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, iclasda İşçi Qrupunun üzvləri olan hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.
İclasa sədrliyi qrupun üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov edir.
E.Ə.
www.oxu.az