Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin Kəlbəcər rayonu istiqamətində baş verən insident barədə erməni mətbuatının yaydığı məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavabında bildirib ki, insident zamanı Azərbaycanın tərəfdən itki və yaralı olmayıb, Ermənistan mətbuatının bu barədə yaydığı məlumatlar yalandır
www.apa.az.
14:26
İyunun 4-nə keçən gecə Azərbaycan ordusunun hissələri cəbhənin Kəlbəcər istiqamətində düşmənin mövqelərinə hücuma keçib.
Modern.az bildirir ki, bu barədə erməni KİV-ləri xəbər yayıblar.
Məlumata görə, hücum nəticəsində ermənilərin bir neçə əsgəri yaralanıb, ölənlər barədə məlumat verilmir.
Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təsdiq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arsrun Ovanesyan bildirib ki, Azərbaycan silahlı qüvvələri sərhəddi gərginlikdə saxlayır.
“Azərbaycan ordusu sərhəddə gərgiginlik yaratmağa cəhd edir. Bununla bağlı bütün məsuliyyəti Azərbaycan üzərində düşür. Son günlər Azərbaycan tərəfinin mövqelərində böyük hesabla götürdükdə ciddi dəyişiklik yoxdur” ”-deyə MN sözçüsü təşvişlə bəyan edib. Ovanesyan bildirib ki, erməni hərbiçiləri müqavmət göstəriblər.
O, erməni tərəfinin itkiləri barədə danışmayıb.
Azərbaycan Müdafiə Nazirliyi ilə xəbəri dəqiqləşdirmək mümkün olmayıb.
www.modern.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin