Avqustun 26-da Laçın şəhərində üçüncü dəfə Laçın Şəhəri Günü keçirilib.
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Həkəri çayı sahilində bu əlamətdar gün münasibətilə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirə doğma yurda dönən laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar da qatılıblar.
Tədbir alqışlarla yekunlaşıb.
Əzizə İsmayılova