Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Le Monde": "Fransanın dənizaşırı ərazilərinin 40 faizi yoxsulluq şəraitində yaşayır"
"Fransada yoxsulluğun azalma tempi 20 il bundan əvvəl dayanıb və 2004-cü ildən etibarən artmağa başlayıb. Bu faktı Fransanın İqtisadi Elmlər və Statistikaya dair Milli İnstitutunun 2024-cü ilin iyul ayında dərc etdiyi arayış da təsdiqləyir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Fransanın nüfuzlu "Le Monde" qəzetində dərc olunan məqalədə deyilir.
Bildirilir ki, kontinental Fransada doqquz milyon insan yoxsulluq şəraitində yaşayır. Bu rəqəm ölkə əhalisinin 14.4 faizini təşkil edir.
"Lakin vəziyyət Fransanın dənizaşırı ərazilərində daha acınacaqlıdır. Burada əhalinin sayı cəmi 2.6 milyon olsa da, 40 faizi yoxsulluq içində yaşayır. Beləliklə, Fransa üzrə yoxsulların sayı 10 milyona çatır", - deyə məqalədə vurğulanıb.
Fransanın "Dövlət İslahatları Dərnəyi" beyin mərkəzinin üzvləri olan Kristian Babüzyo, Bernadet Malqorn və Emmanuel Millardın hazırladıqları məqalədə qeyd edilib ki, ölkədə yoxsulluqla mübarizəyə illik təxminən 51 milyard avro ayrılmasına və yüzminlərlə könüllünün səylərinə baxmayaraq, vəziyyət dəyişmir.
Məqalə müəllifləri mövcud vəziyyətin səbəbini Fransanın yoxsulluğa qarşı apardığı mübarizədə qlobal yanaşma çatışmazlığında görürlər. Onlar yoxsulluqla mübarizə və sosial siyasətin effektivliyini artırmaq üçün dövlət və ictimai qurumların daha təsirli tədbirlər görməsinin zəruri olduğunu vurğulayırlar. Xüsusilə dəstək müavinətləri ilə bağlı öhdəliklərin departamentlərə həvalə edildiyi, lakin dövlətin maliyyə kompensasiyasının 2008-ci ildən bəri, demək olar ki, dəyişmədiyi bildirilir.
"Fransa" teqi üzrə xəbərlər
- Burkina-Faso prezidenti: "Fransa Afrika sayəsində mövcuddur, bizə dua etsinlər"
- Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik
- Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı
- Makron Fransası ciddi sınaqlar qarşısındadır - "Kaspi"nin təhlili
- Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ