Macarıstanın Bakıdakı səfirliyi rotasiya əsasında gələn ildən etibarən NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını yerinə yetirəcək.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report diplomatik mənbələrə istinadən xəbər verir.
Verilən məlumata görə, Rumıniya səfirliyinin müvafiq mandatı bu ilin dekabr ayında sona çatacaq.
Xatırladaq ki, Rumıniyanın Azərbaycandakı səfirliyi 2009-cu ildən bəri 4 dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi vəzifələrini icra etmək mandatı alıb.
N.O.