Rusiya və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarovun görüşü konstruktiv olub, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yayılıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hərəkətə gətirilməsinə istiqamətlənən konkret və fərqli ideyalar ətrafında müzakirələr aparılıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni görüşlərinin planlaşdırılıb-planlaşdırılmamasına da aydınlıq gətirib: “Yeni görüşlər, əlbəttə ki, olacaq. Hələlik, qrafik formalaşmayıb”, - Zaxarova deyib.
Xatırladaq ki, Azərbaycanın XİN rəhbəri Moskvaya işgüzar səfəri çərçivəsində yanvar ayının 24-də Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşüb.
N.O.
www.oxu.az